Ölkə futbolu
Xudiyev vitse-prezident kimi az işləyəcək
"Neftçi"də Tahir Süleymanovun istefasından son…
"Neftçi"də Tahir Süleymanovun istefasından sonra vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq klubun icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb. Futbolinfo.az saytı olaraq, Xudiyevlə əlaqə saxlamaq istəsək də, bu cəhdimiz baş tutmadı. O, klubun mətbuat xidməti vasitəsilə ismarıc göndərərək, danışmaq istəmədiyini bildirdi.
Bizdə olan bilgiyə görə, Xudiyevin mətbuatdan qaçmasının səbəbi var. O, bu postda müvəqqəti təyin olunmasından narazıdı. Birinci dövrə başa çatdıqdan sonra Mübariz bəyin əvvəlki işinə qayıdacağı, vitse-prezident postuna başqasının təyin olunacağı gözlənilir. Həmin vaxt Tahir Süleymanovun da dönüşü mümkündü.