Milli komanda
Bolqarlar Bakıya oyundan bir gün öncə gələcək
Futbol üzrə Bolqarıstan yığması millimizlə oyunun hazırlı…
Futbol üzrə Bolqarıstan yığması millimizlə oyunun hazırlıqlarına start verir. Futbolinfo.az xəbər verir ki, yığmamızın rəqibi bu gün Bakı vaxtı ilə saat 20:30-da paytaxt Sofiyadakı "Vasil Levski" stadionunda qapalı məşqə çıxacaq.
Sabah isə Lyuboslav Penevin yetirmələri məşq üçün Pravets şəhərinə yollanacaq. Onlar burada sentyabrın 7-nə kimi hazırlıq keçəcək. Sentyabrın 8-də isə komanda millimizlə oyun üçün Sofiya hava limanından çarter reysi ilə Bakıya yola düşəcək.