Milli komanda
Mircavadov: "Millimizin heyətində dəyişikliklər olmalıdı"
Dünən Azərbaycan yığması Rusiya ilə yoxlama oyunu keç…
Dünən Azərbaycan yığması Rusiya ilə yoxlama oyunu keçirdi. Futbolinfo.az xəbər verir ki, Moskavda keçirilən qarşılaşmada ev sahibləri millimizin qapısından 4 cavabsız top keçirdilər.
Saytımıza açıqlama verən hazırda işsiz mütəxəssis olan Ağasəlim Mircavadov millimizin məğlubiyyətini belə şərh edib:
"Rusiya – Azərbaycan qarşılaşmasının sonlarını izləmək şansım oldu. Düzdü, yoxlama görüşüydü. Ancaq hesab böyükdü. Mənə elə gəlir ki, Bolqarıstanla da bu heyət oynayacaq. Amma millinin heyətində dəyişikliklər olmalıdı. Ən çox Vaqif Cavadovun topla oynamasın şahidi oldum. Klublarımızla yanaşı, millimiz də standart vəziyyətlərdən qol buraxır. Əsasən də künc zərbələrindən. Bunun üzərində çalışmalıyıq".