Ölkə futbolu
Bolqarıstan Azərbaycanla oyun öncəsi kapitanını itirdi
Futbol üzrə Bolqarıstan yığması AÇ-2016-nın se&ccedi…
Futbol üzrə Bolqarıstan yığması AÇ-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın kapitanı İvelin Popov bu gün baş tutan səhər məşqi zamanı ağır zədələnib.
Hücumameylli yarımmüdafiəçi komanda yoldaşı ilə toqquşma nəticəsində üzləşdiyi zədə səbəbindən millinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. O, dərhal paytaxt Sofiyaya aparılıb. Zədəsinin ciddi olduğu bildirilən 26 yaşlı futbolçu Bakıdakı qarşılaşmanı buraxmalı olacaq. Çünki komandasının Azərbaycana səfər edəcəyi gün (8 sentyabr) Popovun əməliyyat olunması gözlənilir.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı