Premyer-liqa
AZAL məşqləri bərpa etdi
AZAL Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində…
AZAL Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qarabağ” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" bir günlük istirahətdən sonra yenidən bir araya gələrək məhz bu matçın hazırlıqlarına start verib.
Ötən gün “AZAL Arena”da baş tutan axşam məşqində həm taktiki-texniki, həm də fiziki hazırlığa yer ayrılıb. İsinmə hərəkətlərindən sonra futbolçular müxtəlif məsafələrə qaşış həyata keçirib. Ardından meydanın 2 ayrı hissəsində 5-5-ə “kvadrat” oynanılıb. Məşqin sonunda isə yarımeydanda ikitərəfli oyun keçirilib. “Qırmızılar”la “yaşıllar”ın mübarizəsində qalib müəyyənləşməyib – 3:3.
Sevindirici haldı ki, zədəli qapıçı Ruslan Məcidov artıq tam sağalıb və komanda ilə birgə məşq edir. Zədəli olan yalnız Tomi Kostadinovdu ki, həkimlər onun da sağalması üçün xüsusi proqramla işləyir. Ancaq böyük ehtimalla o, “Qarabağ”la görüşü də buraxmalı olacaq. (klub saytı)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…