Dünya futbolu
Blatter: “Növbəti prezident seçkilərində də namizəd olacam"
FİFA prezidenti Yozef Blatter qurumdakı prezidentliyi ilə bağlı d…
FİFA prezidenti Yozef Blatter qurumdakı prezidentliyi ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, 1998-ci ildən bu postda olan isveçrəli hələ ki, buradan getmək fikrində olmadığını dilə gətirib:
"Qarşıma heç vaxt bitməyəcək böyük hədəf qoydum və vəzifəmi hələ yerinə yetirməmişəm. Sao Paulodakı FİFA-nın son konqresində insanlardan böyük dəstək gördüm. Buradan rəsmi açıqlama verirəm. Növbəti prezident seçkilərində də namizəd olacam".
FİFA-ya növbəti prezident seçkiləri 2015-ci ildə keçiriləcək.