Ölkə futbolu
Saşa Yunusoğlu: "Mənə olan ümidləri doğruldacam"
"Araz Naxçıvan"na keçən Azərbaycan millisin…
"Araz Naxçıvan"na keçən Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunusoğlu yeni komandası ilə bağlı təəssüratlarını bölüşüb. Futbolinfo.az saytına danışan 28 yaşlı müdafiəçi klubda ona olan ümidləri doğruldacağını deyib:
"Karyeramı tarixi, doğma torpağımda davam etdirəcəyim üçün çox şadam. Çalışacağam ki, rəhbərliyin və baş məşqçinin mənə olan inamını doğruldu. Hazırda heç bir problemim yoxdu. 1-2 həftəyə tam hazır olacam".
Qeyd edək ki, Yunusoğlu son olaraq Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Dənizlispor"da çıxış etmişdi.