Milli komanda
Azərbaycan İsveçrəyə də məğlub oldu
Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya …
Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya çempionatının ikinci seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, komandamız İsveçrə ilə qarşılaşıb.
Oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb.
İsveçrə – Azərbaycan – 4:2 (2:0, 2:1, 0:1)
Qollar: Deyan Stankoviç, 2 (1:0), 15 (3:1), Filipp Borer, 5 (2:0), Hikmət Bağırov, 13 (2:1), Noel Ott, 18 (4:1), Orxan Məmmədov, 31 (4:2)
Qeyd edək ki, yığmamız bundan öncə İngiltərəyə 4:5 hesabıyla uduzmuşdu. Qrupdakı son rəqibimiz isə Macarıstan olacaq.