Dünya futbolu
“Qarabağ”ın Avroliqadakı rəqibininin baş məşqçisi hədəflərini açıqladı
Fransa "Sent-Etyenn"inin baş məşqçisi Kristof Qalt…
Fransa "Sent-Etyenn"inin baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsindəki hədəflərindən danışıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis komandasına güvəndiyini deyib:
“Ölkə çempionatına, yaxud Avropa Liqasına daha çox önəm vermək mənim fəlsəfəm deyil. Biz çalışmalıyıq ki, yaxşı oyun göstərib, hər iki yarışda da qabağa gedək. Hazırda komandamda kifayət qədər güclü və təcrübəli futbolçular var. Məqsədimiz Avroliqada 16 komanda arasına adımızı yazdırmaqdı. İnanıram ki, azarkeşlərimiz də bizə bu yolda böyük dəstək verəcək”.
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ"ın digər rəqibləri "İnter" (İtaliya) və "Dnepr"di (Ukrayna).