Müsahibə
Rəşad Sadiqov: "Neftçi"yə qalib gələ bilərdik"
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəş…
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqovun futbolinfo.az saytına müsahibəsi
– "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduz. Bu oyunu necə şərh edərdiz?
– Oyun gərgin keçdi. "Xəzər Lənkəran" və "Neftçi ” arasındakı oyunlar həmişə belə alınır. Oyunun gedişində penalti qazandıq və rəqib qapıçı qırmızı vərəqə aldı. Onlar 10 nəfər qaldılar. Oyunu qalib də bitirə bilərdik. Sadəcə, bunu edə bilmədik. Rəqib qapısına hücumlar etdik. Epizodlarımız da oldu. Amma yararlana, qələbə qazana bilmədik.
– Sabiq komandana qarşı oynayarkən hansı hissləri keçirdiz?
– Açığı, elə bir şey yoxdu. Digər oyunlara necə, bu matça da elə hazırlaşıb, çıxdım.
– Penaltini niyə Rauf Əliyev yerinə yetirmədi?
– Əvvəldən elə hazırlaşmışdıq. Məşqçinin fikri idi.
– Penaltini qola çevirə bilməməyiniz psixoloji olaraq komandaya təsir etdi?
– Sözsüz ki, təsiri oldu. Çünki belə oyunlarda gərginlik çox olur. Penalti qaçıranda istər-istəməz komandada bir az düşüş olur. Buna baxmayaraq, yenə də ikinci hissədə çoxlu qol epizodları yaratdıq. Amma yararlana bilmədik. Buna görə çox təəssüflənirik.
– Hazırda komandanda yegəna yaxşı hücumçu Rauf Əliyevdi. Düşünmürsüz ki, ikinci hücümçu olsaydı, daha yaxşı olardı?
– Buna baş məşqçi cavab versəydi, daha yaxşı olardı. Məğlub olanda ortaya hər hansı çatışmazlıq çıxır. Qalib gəlsəydik, bunlar görünməyəcəkdi. Qələbə qazanmağa yaxın idik. Qol edizodlarımız çox oldu. Təəssüf ki, alınmadı.
– Hər dəfə top sizə düşəndə sabiq komandanızın azarkeşləri sizi çaşdırmağa çalışırdı…
– Açığı, bunlara heç fikir də vermirdim. Rəqib azarkeşlərdi. Onlar istəyirlər ki, rəqib oyunçunu təsir altında saxlasınlar.
– Bu zəif çıxışın səbəbi nədi?
– Biz də toparlanmaq istəyirik. Yaratdığımız eoizodlardan yararlana bilsəydik, indi bu yerdə deyildik, çox xalımız vardı. İnşallah, hər şey düzələcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…