Dünya futbolu
Dieqo Kosta tarixə düşdü
Bu yay Madrid “Atletiko”sundan “Çelsi”y…
Bu yay Madrid “Atletiko”sundan “Çelsi”yə transfer olunan Dieqo Kosta İngiltərə Premyer Liqasında ilkə imza atıb. Futbolinfo.az xəbər verir ki, ispan qolçu dünən komandasının “Suonsi Siti”yə 4:2 hesabı ilə qalib gəldiyi oyunda het-trikə imza atıb və İngiltərə futbolunun tarixinə düşüb.
Təcübəli hücumçu Premyer Liqa tarixində ilk dörd oyunda rəqib qapılarında yeddi qol keçirən birinci futbolçu olub.
Qeyd edək ki, Kosta 4 turdan sonra bombardirlik yarışına başçılıq edir.