Bizi izləyin

Premyer-liqa

Zaqatalada fındıq həqiqəti

Futbolinfo.az ölkənin azsaylı kütləvi informasiya vasitə…

blank
Futbolinfo.az ölkənin azsaylı kütləvi informasiya vasitələrindəndi ki, bütün çempionat matçlarını işıqlandırmağa çalışır. Bütün Premyer Liqa oyunlarında (bu mövsüm üzrlü səbəbdən yalnız 4 oyunda əməkdaşımız olmayıb – red.) nümayəndəmiz olur və xüsusilə bölgələrdə baş tutan matçlara xüsusi diqqət göstəririk. Həm də fərqimiz ondadı ki, oyunlara klubların dəstəyi ilə deyil, öz hesabımıza yollanırıq, bu səbəbdən də gördüyümüzü gizlətmək, hansısa nöqsana göz yummaq kimi “borcumuz” yoxdu.
 
Vaqonda
 
Bu dəfə yolumuz Zaqatalaya idi. “Simurq” – “Qəbələ” matçına ezamiyyət üçün jurnalisti müəyyənləşdirmək lazım gələndə fərqli qərar verdim. Yollarda onsuz da çox əziyyət çəkən əməkdaşlarımızın paytaxt matçlarında “istirahət etmələrini” istədim və ən uzun, yorucu səfərə özüm çıxdım. Nə yaxşı ki, getdim…
 
Dəmiryol vağzalında bələdçinin biletimə əsasən yerləşdirdiyi kupedə 2 yaşlı kişi və onlardan birinin azyaşlı nəvəsi var idi. Onlar hansı məqsədlə yola çıxdığımı biləndə çox təəccübləndilər. Qatarla?.. Zaqatalaya?.. Futbola?..
 
“Simurq” rəhbərliyinin futbolu rayonda yaxşı təbliğ etməməsinin nəticəsi idi ki, Balakənə Bakıdan gedən digər qonşu rayon olan İsmayıllı sakini “Qəbələ”ylə oynayacaq yerli komandanın adını dəqiqləşdirmək üçün meydan sahibinin adını 3 dəfə dəqiqləşdirməli oldu. Sonra isə “mən bilən oranın komandası “Daşqın” idi axı” deməklə şübhəsini çatdırdı. O zaman əmin oldum ki, dayı ya sovet dşnəmində qalıb, ya da “Simurq” rəhbərliyi birvaxtlar mövcud olmuş “Daşqın”ı unutdurmaq üçün heç nə edə bilməyib.
Şəkidə qatardan düşməli olan baba və nəvə artıq yolçuluğun ikinci saatının başlanğıcında ilk yuxusunu görürdü, biz isə bələdçini çay sifariş etməkdən bezdirmişdik. O da 20 qəpik olan çaya görə hər dəfə üçqatını alır, maaşla dolanmağın çətinliyini bildirirdi. Deyəsən, nəqliyyat naziri Ziya Məmmədov bütün büdcəni voleybola xərclədiyindən işçilərə dolanmaq üçün fərqli tövsiyyə verib. Olsun, halal xoşu.
Balakənə oğlu üçün elçiliyə gedən dayı bu anda çantasından təzə qutuda domino çıxardı. Dediyinə görə, hər səfərində bu adətinə sadiqdi, yoxsa yarım sutkalıq yolu bitirə bilmir.
 
İlk dəfə Zaqatalada
 
Siqaret çəkmək üçün hər stansiyada qatardan düşür, səhərin açılması üçün qatarı itələmək istəyirdim. Çünki yol yoldaşlarım əmin etmişdi ki, Şəkiyə çatanda artıq günəşi görəcəyik. Amma Şəkidə günəşə baxmaq yadıma da düşmədi. Təbiət o qədər gözəl idi ki… Sanki paytaxtdan uzaqlaşdıqca cənnətə yaxınlaşırdım.
 
Bu da Zaqatala vağzalı. Bir neçə gün öncə baş verən qasırğa o qədər güclü olub ki, binanın damı uçulub yerə tökülmüşdü. Ancaq hətta bu da cənnətin gözəlliyinə xələl gətirməmişdi. Mənimlə eyni qatarda gələn “Simurq” – “Qəbələ” oyununun hakimlər briqadasını da orada gördüm. Onlar dağıntılara məəttəl qalmışdılar. Ancaq təəccüblü sifətlərini çox görə bilmədim, klubun göndərdiyi maşın onları vağzaldan tez apardı. Mən də müştəri gözləyən taksilərdən biri ilə razılaşıb, şəhərə doğru yol aldım.
 
İlahi, hətta məşhur Tala çayını adi arxa çevirən bu ilin quraqlığı belə Zaqatalanın yaşıllığına əngəl ola bilməyibsə, gör əvvəllər bura necə gözəl olub? Özümü danlayırdım: necə olub ki, indiyə qədər buralara gəlib çıxmamışam? Cənnət qonşuluqdadı, biz isə onu başqa ölkələrdə axtarırıq. Rayon və ölkə rəhbərliyinin apardığı abadlıq işlərindən sonra təbiətlə vəhdət təşkil edən bir sıra tikililər, eyni zamanda tarixi məkanlar Zaqatalanın gözəlliyini bütöv etmişdi.
 
Yenə “Daşqın”
 
Dilimi-ağzımı qurudan təbiət gözəlliyindən ayılıb sürücüylə söhbətə başlayıram. Dolanışığın çətinliyindən, iş olmamasından, quraqlığın əhaliyə vurduğu ziyandan danışır. İnan ki, ətrafdakı yaşıllıq da onun gözünə görünmür, onun üçün hər şey boz səhradı.
Futboldan söz salıram, yenə şikayətlənir: “Doğrusu, dolanışıq hayındayam, stadiona getməyə vaxt yoxdu. Amma əvvəllər heç nəyə baxmayıb gedirdim, 1-2 hadisədən sonra qəlbim sındı. A kişi, “Simurq”a 6-cı yerdən yuxarı qalxmaq yasaqdı. Elə ki, 2-3-cü yerlərə qalxırlar, ümidimiz artır ki, Avropaya gedəcəyik, “İnter” gəlir, 3 xalını götürüb gedir. Ondan sonra komandaya can yandıran futbolçular da neçə oyun özünə gələ bilmir, məğlubiyyətləri sıralayırlar. Tapşırıqla uduzmaq pis şeydi axı. Zaqatalada futbolun olmasına göstərdiyin kömək nədi, gəlib uduzmağa məcbur etməyin nə? Adam özünü “istifadə edilmiş” kimi hiss edir. Belədə stadiona niyə gedim? Onsuz da mövsüm boyu çəkilən əziyyəti “İnter” burnumuzdan gətirir. “Daşqın” olan vaxt isə məğlubiyyət zamanı da komandanı dəstəkləyirdik. Çünki bilirdik ki, oynayıb uduzurlar, daha kimin üçünsə əyləncə deyillər. Sanki “Simurq” bunlar üçün fındıq bağlarının təminatıdı. Komandanın formasında “Bakfem”i reklam etmələri də təsadüfi deyil. Fındıq emalıyla məşğul olan bu şirkətin də yiyəsi “İnter”in rəhbəri Cahangir Hacıyevdi. Gördülər söz-söhbət var, ləğv etdilər, bildiyimə görə, indi köynəklərində reklam yoxdu. Yalandan komandanın başına saxta rəhbərlər qoyublar, pul isə bir cibdən o birisinə gedir”.
 
Təsəvvur edin, bu, təkcə stadiona getməyən zaqatalalının dedikləridi. Görün, futbolla maraqlananların bu oyuna sevgisi necə olar? Bu sevgini məhv edənlər, çirkinliyə bulaşdıranlar utansın. Dayan, hələ taksi sürücüsünün sözü qurtarmayıb: “Yerli gənclərə də şans vermirlər. Ya başqa rayonlardan futbolçu yığıb gətirirlər, ya da xaricdən. Onlar da pul qazanıb gedirlər. Zaqatalalı cavanlar is iş axtarmaq üçün Rusiyaya qaçır, gənclər başqa yollara düşüb həyatlarını korlayırlar. Halbuki idman, futbol məhz onların sağlamlığı üçün vacibdi. “Simurq” isə məqsədlərə qulluq edir, qapılarını gələcəyin Qurban Qurbanovu ola biləcək yerli gənclərin üzünə bağlayıb”.
 
Sürücünün narazı söhbətini, tanış adamlardan bəhs etməsini eşitməsəydim, bir anlıq özümü Azərbaycandan kənarda hiss edərdim. Gözəl Zaqatala kiçik Avropa şəhərlərinə bənzəyir. Özünəməxsus tikililər, qibtə ediləcək təmizlik, müasir düşüncəli yerli camaat, hamının özü üçün yaşaması – bunların bəzilərini taksidən düşdükdən sonra müşahidə etdim. Yerləşdiyim kiçik bir motel otağı, yerli mətbəxdən daddıqlarım və qısa gəzinti… Artıq onlardan bəhs etməyəcəm. Yoxsa yazı çox uzun və yorucu olar.
 
Stadionda
 
Artıq oyuna 1 saat qalıb, stadiona yollandım. Oyuna iki klubun mətbuat xidmətinin əməkdaşları ilə baxacam. “Simurq”un mətbuat xidmətinin rəhbəri Püstəm Allahverdiyev məni xoş sifətlə qarşıladı, yer göstərdi, az sonra “Qəbələ”dən olan həmkarı Anar Hacıyev də gəldi.
 
Rüstəmin başı qarışıqdı. Heç kimin tanımadığı, amma maaş cədvəlinə qol çəkib maaş alan 3 vitse-prezidenti, onlarca digər işçisi olan “Simurq”da, digər klublarımızda olduğu kimi, ən çətin işlər köməkçi də verilməyən mətbuat xidmətinin boyununa yüklənib. Qonaqları qarşılamaq, bizim üçün çay təşkil etmək də daxil olmaqla kiçik problemləri həll etmək onun boynundadı. Klub saytı ilə bağlı problemləri həll edən həmkarımız hələ oyuna diktorluq da edirdi. “10 barmağında 10 mərifət” buna deyərlər. Ancaq Rüstəmə yalnız öz işini görməli olduğunu xatırladanda təvazökarlıqla “işimizdi” dedi, yəqin klub rəhbərliyinin eyibini ört-badır etmək istədi, amma mənim bildiyim mənə bəsdi.
 
Oyun başlayana kimi “Simurq”un prezidenti Anar Bəkirovdan müsahibə götürmək istəyirdim. Bunu təşkil etməyi hələ xeyli öncədən Allahverdiyevdən xahiş etmişdim. O isə Anar bəyin yalnız oyundan sonra danışa biləcəyini bildirdi, razılaşdım. Yəqin yalnız oyun vaxtları Zaqatalada olmağı lazım bilən gənc prezident istirahətini pozmaq istəmirdi. Sözarası Rüstəm bəy Bəkirovun yalnız qələbə qazandıqları halda müsahibə verəcəyini zarafatla bildirdi. Deməli, mən də meydan sahiblərinə azarkeşlik etməliydim. Ancaq bu, marağımda deyildi. Ona görə “Simurq”un məğlubiyyətindən sonra Bəkirovu hətta axtarmadım da. Qoy, hirsi soyusun…
 
Matç başlayana kimi stadiona göz gəzdirməyə imkanım oldu. Şəhərin müxtəlif yerlərində vurulan cəmi 6 afişa və yerli telekanalda gedən anonslar belə yerli stadionun demək olar, dolması üçün kifayət etmişdi. Girişin pulsuz olması da zaqatalalıların tribunalara axışması üçün səbəb idi. Kasıb camaatın 90 dəqiqəlik istirahəti üçün yalnız gözəl oyun çatışmırdı.
 
Zaqatala stadionu olduqca pis inşa olunub. Vaxtilə bu yeri kimin seçdiyini bilmirəm, amma qazon elə salınıb ki, ona yalnız bir tribunadan baxmaq mümkündü. Qapı arxalarında və əks tərəfdə isə yeni tribuna quraşdırmaq hətta mümkün deyil. Vacib inzibati binalar və yollar arenanın genişləndirilməsi perspekivini yox edir. Yəqin ki, “fındıqçılar” nəvaxtsa böyümək istəsələr, hansısa fındıq bağının axırına çıxmalı olacaqlar. Əks halda elə “fındıq” boyda stadionda oynamalı olacaqlar.
 
Ancaq fındıq boyda stadionda bir ovuc fındıq, bağışlayın, çatışmazlıq müşahidə etdim. Xidmət otaqlarının durumu istənilən səviyyədə deyildi, tribunalar, divar sütunları baxımsızlıqdan əziyyət çəkir, siqaret kötükləri üçün qablar və zibil qutuları gözə dəymirdi. Oyundan qaranlıqda çıxan azarkeşlər isə pilləkənlərdə bir-birini ayaqlamamaq üçün xüsusi fənərlərdən istifadə edirdi. Halbuki Bəkirov özünün və qonaqlarının girişi ayrı olan otağından çıxsaydı, heç olmasa, pilləkənlərdə niyə işıqların yanmadığını görərdi. Cənnət Zaqatalanın cəhənnəm pilləkənlərini…
 
Futbol zamanı
 
Oyun başlayan kimi “Simurq” hesabı açdı. Haqlı təyin olunan penalti və 1:0. “Qəbələ” yenə xaotik oynayır, komanda sanki necə oynamaq lazım gəldiyini bilmirdi. Xüsusilə yeni gələn legionerlər ümidi doğrultmur, baş məşqçi Dorinel Muntyanu isə kənarda özünü yeyib-dağıdır. Zaqatala klubu daha fəaldı. Daha 2-3 epizod – yox, “Simurq”un hücumda ciddi problemləri var. Bu gediş uğurlu sonluq vəd etmir.
 
Fasilədə nə oldusa, ikinci hissədə meydana fərqli “Qəbələ” çıxdı. Muntyanunun özünün gətirdiyi, ancaq varlığı ilə yoxluğu bilinməyən Markinyosu oyundan alması ilə vəziyyət kökündən dəyişdi. Artıq yarımmüdafiədə daha intizamlı oynayan qonaqların təzyiqi qarşısında “Simurq” müdafiəsi tab gətirmir. Xüsusilə mərkəz müdafiəçiləri uşaq səhvləri edir və…
 
Hər iki qolu əvvəlki məşqçilərin vaxtından komandada olan oyunçular təşkil etdi. Dodo əvvəlcə Ruslan Tağızadənin, ardınca Viktor Mendinin ötürmələrini qola çevirdi. Bu vaxt bir qrup “Simurq” azarkeşləri hakimi söyməyə başladı. Ancaq zənnimcə, ünvan düzgün seçilməmişdi. Dodonun zədələnmək hesabına olsa da, barmağına doladığı müdafiəçilər bu sözləri daha yaxşı həzm edərdi.
 
Ancaq Ömər Paşayev də gözümə yaxşı dəymədi. Fasilədən sonra baş hakim meydan sahiblərinə qarşı daha rəhmsiz idi. O, bəzən hətta adi epizodlarda sarı vərəqə göstərib futbolçuların gözünün odunu alırdi ki, bu da oyuna nəzarət edə bilməməsinin nəticəsi idi. O, özünü elə itirmişdi ki, son dəqiqələrdə Cavid Hüseynova qırmızı vərəqə göstərdi, sonra isə səhv etdiyini bildirib “sarı”nı çıxartdı, futbolçudan üzr istədi.
 
Oyunun ağırlığı altında əzilsə də, Paşayevin nəticəyə təsir edən səhv etdiyini deyə bilmərik. Ancaq bu matç göstərdi ki, o, gələcəkdə böyük hakim ola bilməyəcək. Elə matç bitən kimi ona hücum edib təzyiq göstərən yerli futbolçulardan Rəşad Eyyubovla Tural Axundov da deyəsən, bunu demək istəyirdi.
 
Yenə tək
 
“Qəbələ” düşərgəsində müdhiş sevinc yaşanarkən mən mətbuat konfransına tələsirdim. PFL işçilərinin, klubların mətbuat xidmətlərinin və tərcüməçilərin müşaiyəti ilə məşqçilərlə üzbəüz qalmalı idim.
 
Əvvəlcə Muntyanu gəldi. İki tərcüməçidən (biri azərbaycancadan ruscaya, digər ruscadan rumıncaya çox səlis tərcümə edirdi – müəl.) yararlanan rumın çalışdırıcı oyuna ümumi şərh verdi, qarşıdakı oyunlardan danışdı. Bəndənizin verdiyi bir sual isə təsirini onun üz cizgilərində tapdı. “Qolları köhnə oyunçular təşkil etdi, bəs sizin gətirdiyiniz əcnəbilər hardadı” sualından yayınmaq niyyəti ilə o, “Biz bir komandayıq. Kimləri isə fərqləndirməyin əleyhinəyəm. Mənim gətirdiyim futbolçular çox səviyyəlidi, vaxt verək, onlar bacarıqlarını göstərəcək” cavabını verdi.
 
“Simurq”un baş məşqçisi Georgi Çixradze isə oyunboyu narazı olduğu hakimlərdən danışmaq istəmədiyini bildirdi. O, komandanın problemlərini dəqiq açıqladı. “İlk turlarda top buraxmayan komandanın müdafiəsinə nə olub, kadr çatışmazlığını hiss edirsizmi” sualı zamanı ondan təsdiq cavabı aldım: “Düzdü, rəqabət böyük deyil. Müdafiəçilər kobud səhvlərə yol verdilər. Amma problemi həll etmək üçün ciddi işləməyimiz lazımdı”.
Doğrusu, mətbuat konfransında başqa jurnalist olmadığından özüm utandım. Gör mətbuat nə vəziyyətdədi ki, bölgələrə gedə, oyunları işıqlandıra bilmirik. Və buna görə mətbuatın günahı çox azdı. İndi elə reklam asılılığı, reklam bazarında elə monopoliya var ki, saytlar, qəzetlər özünü dolandıra bilmir. Belə səfərlər isə əlavə xərcdi və onu qarşılamaq çətindi. Klublar gətirib ehtiyatda oturtduğu lazımsız legionerlərdən birinin pulunu öz təbliğatlarına yönəltsələr, o zaman mətbuat konfransları da cansıxıcı keçməz, çempionat matçları daha yaxşı işıqlandırılar. Təəssüf ki, klublar öz təbliğatını düşünmür, ya da bu, onlara sərf etmir.
 
Həm də jurnalistlərlə əməkdaşlıq asılılıq prinsipi üzərində qurulmamalıdı. Mətbuata diqqət ona görə göstərilməlidi ki, onlar klubu sağlam tənqid, gördüyü işləri təbliğ etsin. Daha rüşvətlə, minnətlə yalançı tərif axtarışına çıxılmamalıdı. Təbliğat olmasa, görülən işlərin də bir faydası olmayacaq, elə özünüz çalıb özünüz oynayacaqsız.
 
VÜSAL MAHMUDOV, Bakı – Zaqatala – Bakı
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 13:05

Avtorqaf istədi, Cokoviç xəsarət aldı

blank
Dünya futbolu2024-05-11 12:47

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-11 12:31

Fransız sürücü Sennanın şərəfinə dəbilqə hazırlatdırdı

blank
Dünya futbolu2024-05-11 12:16

Ozan Can mövsümün son matçında qol vurdu

blank
Digər idman növləri2024-05-11 12:00

Son çempion ilk qələbəsini qazandı

blank
Ölkə futbolu2024-05-11 11:39

AFFA İcraiyyə Komitəsi yığışır: komanda sayının artırılması müzakirə olunacaq

blank
Digər idman növləri2024-05-11 11:29

Astanada daha 4 sınaq

blank
Digər idman növləri2024-05-11 11:12

Stadnikin son şansı

blank
Digər idman növləri2024-05-11 10:49

Növbəti yarımfinal görüşü baş tutacaq

blank
Dünya futbolu2024-05-11 10:00

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

blank
Digər idman növləri2024-05-11 09:30

“Biz fiziki cəhətdən daha güclü idik”

blank
Premyer-liqa2024-05-11 09:00

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Digər idman növləri2024-05-10 23:42

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

blank
Digər idman növləri2024-05-10 23:20

Stadnik üçün olimpiadaya lisenziya şansı davam edir

blank
Digər idman növləri2024-05-10 22:51

Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı

blank
Digər idman növləri2024-05-10 22:36

“Sabah” Azərbaycan Basketbol Liqasında ilk finalçıdır

blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm