Premyer-liqa
“Sumqayıt”ın nəyə qadir olduğunu göstərəcəyik”
“Sumqayıt”ın kapitanı Ruslan Poladov Topaz Premyer Liqa…
“Sumqayıt”ın kapitanı Ruslan Poladov Topaz Premyer Liqasının 5-ci turundakı “Bakı” matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan təcrübəli yarımmüdafiəçi 2:1 hesablı qələbəni belə şərh edib:
“Birinci hissəyə də, ikinci yarıya da çox pis başladıq. Sonra toparlandıq. Baş məşqçimizin verdiyi tapşırıqları ikinci hissədə maksimum yerinə yetirməyə çalışdıq. Yaratdığımız epizodları da qola çevirə bildik və qələbə qazanıb, zirvədəki yerimizi qoruduq. Çalışıb, “Sumqayıt”ın nəyə qadir olduğunu göstərəcəyik. Azarkeşlərimizi sevindirəcəyik. İstəyirik ki, oyundan oyuna daha da güclənək. “Sumqayıt” hələ tam potensialını üzə çıxarmayıb. Hələ ki gücümüzü göstərə bilməmişik”.
Poladov rəqib komanda ilə bağlı da danışıb: “Rəqibdə problemlər olsa da, məşqlərə çıxmasalar da, hazırda “Bakı”dakı futbolçular Azərbaycan çempionatında öz sözünü demiş futbolçulardı. Baxmayaraq ki, onlar maaş almır, yaxud hansısa klubdaxili problemləri var. Mən bunu dəqiq deyə bilmərəm. Amma bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki rəqib hələ qələbə qazana bilməyib. Baxmayaraq ki, hava küləkli idi və biz süni örtükdə oynadığımız üçün bir az meydança amili də vardı, amma yenə də qələbə qazandıq”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı