Premyer-liqa
Legioner futbolçu AZAL-ın heyətinə qoşuldu
Ötən turda “Qarabağ”a uduzan AZAL növbəti oyu…
Ötən turda “Qarabağ”a uduzan AZAL növbəti oyunun hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər” “Sumqayıt”la oyuna tam heyətlə hazırlaşır.
Xəbər verdiyimiz kimi, komandanın yeni transferi sayılan Tomi Kostadinov uzun müddətli zədəyə tuş gəlmişdi. Klubdan aldığımız məlumata görə, bolqar yarımmüdafiəçi artıq zədəsini tam sağaldıb. Komandanın baş məşqçisi Tərlan Əhmədov legioner futbolçuya şans verəcəyi təqdirdə, o meydana çıxa biləcək.