Premyer-liqa
Coşqun Diniyev "İnter"in tarixinə düşdü
Azərbaycan Premyer Liqasında 5-ci tur çərçivəsində …
Azərbaycan Premyer Liqasında 5-ci tur çərçivəsində “İnter” “Araz Naxçıvan”la qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, bu matç bakılıların gənc yarımmüdafiəçisi Coşqun Diniyev üçün əlamətdar oldu.
Belə ki, o, “İnter”in heyətində həmin matçda ikinci qolu vurdu. Bu, gənc yarımmüdafiəçi üçün əsas komandanın heyətində rəsmi oyunlarda vurduğu ilk qol oldu. Bundan başqa, Diniyev “İnter”in heyətində Azərbaycan Çempionatının oyunlarında fərqlənə bilmiş sayca 87-ci futbolçu kimi də siyahıya düşdü.
Baçana Sxadadzenin qolu “İnter”in formasında çempionat oyunlarında vurduğu sayca 26-cı oldu. Gürcüstanlı forvardın rəsmi oyunlarda vurduğu qolların ümumi sayı 35-ə çatır və bu, klubun tarixində ən yaxşı nəticədi. (klub saytı)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq