Bizi izləyin

Ölkə futbolu

Futbolçu etiraf etdi: "O qədər döyülmüşəm ki"…

15 sentyabr və ya əvvəlki qaydada desək, 1 sentyabr "Bilik g&…

blank
15 sentyabr və ya əvvəlki qaydada desək, 1 sentyabr "Bilik günü"… Futbol aləmində də bu günü xatırlayanlar var, kimi xoş, kimi qürurlu… "Futbolçularımızın dünyagörüşü, savadı yoxdu" deyənləri haqlı çıxaranlar da oldu, sinəsinə döyüb, "yaxşı oxumuşam" deyib, bunun əksini düşünənləri utandıranlar da. Kimi ilk dərs gününü xatırladı, kimi sinif rəhbərini unutdu. Məktəblə bağlı təəssüratlarını, sevimli fənninin hansı olduğunu öyrənmək üçün "İlk dərs gününü necə xatırlayırsız", "Necə oxumusuz" suallarını futbolçularımıza verdik. Ümumi fikir isə belə oldu ki, futbolçularımızın əksəriyyəti məhz futbola olan sevgidən təhsilini yarıda qoyub.
 
"Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov nə məktəbə, nə də dərsə marağı olanlardandı: "Düzü, ilk dərs günüm, məktəbə necə getdiyim, yadımda deyil. Məktəbə Tovuzda getmişəm. O vaxt bizdə ağlamaq söhbəti yox idi. İbtidai sinifə qədər normal oxumuşam, doğrusu, ondan sonra dərs oxumamışam. Sevdiyim fənn də olmayıb. Dərdim o idi ki, dərsdən qaçım, gedim, futbol oynayım. İbtidai sinifdə sinif rəhbərim Göyçək müəllimə idi, 5-ci sinifdən isə Elba müəllimə".
 
"Qəbələ"nin uğurları üçün çalışan müdafiəçi Ruslan Tağızadə futbola olan sevgidən təhsilə biganə qalanlardandı: "İlk dərs günüm, düzü, yadımdan çıxıb, amma onu xatırlayıram ki, həyəcanlıydım, qorxurdum, hətta ağlamışdım. Məktəbə valideynlərimlə getmişdim, "məni tək qoymayın, burada tək qala bilmərəm" demişdim, onlar da məcbur yanımda qalmışdı. Bunları xatırlayıram.
 
Məktəbə ilk addımlarım Yevlax rayonunda olub. İlk parta yoldaşım, deyəsən, Aynur adlı qız idi. Ya Aynur, ya da Mələk… Sinif rəhbərim qoca bir müəllimə idi, adı tam yadımda deyil, amma məktəbdə hamı onu çox istəyirdi, mehriban müəllimə idi.
 
4-5-ci sinfə kimi yaxşı oxumuşam. Dərsə marağım olub, ingilis dili fənnini çox sevmişəm, hazırlığa da getmişəm. Sonradan, idmana, futbola marağım oldu və futbola başladıqdan sonra məktəbə getmədim. 8-ci sinifdən etibarən Yevlaxda – məktəbdə adım getdi, amma özüm getmədim. Həmin illərdə artıq Bakıda futbola başlamışdım".
 
Yaxşı yaddaşa malik olan "Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanov dünyagörüşünü dərsdən qaçmadığına borclu olduğunu bildirib: "Gürcüstanda doğulmuşam, sonra isə Mingəçevirə köçmüşük. 1-ci sinfə də Mingəçevir şəhərində getmişəm, 3 N-li məktəbdə, rus sektorunda oxumuşam. Məktəbə anam aparmışdı, qorxurdum, ağlayırdım ki, hara gedirəm. O vaxt sentyabrın 1-də dərslər başlayırdı. Abu-havaya öyrəşdikdən, sinif yoldaşlarımı tanıdıqdan sonra gördüm ki, məktəbin ayrı ləzzəti var. Məktəb illəri elədi ki, xoş anlar da olur, xoş olmayan hallar da. Dərsdən də qaçırdıq, amma hamı qaçandan sonra mənim oturub dərs oxuyan vaxtlarım da olub. Şükür ki, dərslərdən çox qaçmamışam, dünyagörüşüm var. Ona görə də əsas da ingilis dilindən axsamıram, çünki futbolda da komandada legionerlər var. Həm də ingilis dili hazırda dünyada işlədilən dildi. Sevinirəm ki, dostlarım sən niyə qaçmırsan deyəndə şeytan məni aldatmayıb.
 
Yaxşı oxumuşam, 10-cu sinfə qədər rübümdə bir "3" olmayıb, hamısı "4", "5" olub. Sevdiyim fənn əmək və bədən tərbiyyəsi idi. Bu fənnlər 2 dərs ardıcıl olurdu. Digər fənnlər – rus dili, ədəbiyyat, coğrafiya- bunların hamısından az da olsa, məlumatım vardı, amma xoşlamadığım fənn kimya olub. Elə olurdu ki, məşqə gedirdim, gəlirdim dərs oxumağa çox vaxt olmurdu, yaddaşım yaxşı olduğuna görə gəlib 2-3 dəfə üzündən oxuduqdan sonra, çıxıb əzbər danışırdım. Amma indi təəssüf hissi keçirirəm ki, gərək lazım olan fənnləri daha yaxşı oxuyaydım.
 
Parta yoldaşımı dəqiq xatırlamıram. Bir qız oturmuşdu yanımda, deyəsən, adı Aysel idi. Sinif rəhbərim Firuzə müəllimə olub".
 
"Bakı"nın kapitanı Aqil Məmmədov məktəbdə döyüldüyünü etiraf etdi: "Orta məktəbi kəndimizdə oxumuşam. İndiyə qədər də xatırlayıram, elə bil ki, dünən məktəbə getmişəm. Bir az həyəcan vardı, amma bilmirdik ki, müəllimlər bizi döyəcək. O qədər döyülmüşəm ki… (gülür).  Düzünü desəm, 7-8-ci sinfədək yaxşı oxumuşam. Futbola başladıqdan sonra dərs yaddan çıxdı. Bir kitabım vardı, necə almışdımsa, elə də qaytardım. Ən qəşəng kitablar məndə olurdu.
 
Ən sevdiyim fənn "Bədən tərbiyəsi" idi. Sinif rəhbərim Salman müəllim idi. İlk parta yoldaşım kim idi? (düşünür) Həcər adlı qız idi".
 
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov özü yox, adı məktəbdə olanlardandı: "Ağdamlı olduğuma görə, 1993-cü ildə Binəqədidə yerləşən Ağdam orta məktəbində oxumuşam. Yadımdadı, ilk dərs günü ağlayan uşaqlar vardı, düzü, mən ağlamamışam. Çox pis oxumuşam. 4-5 -ci sinfə qədər dərslərə cavab vermişəm, sonra demək olar ki oxumamışam. Adım məktəbdə olub, amma çox getməmişəm. Son illərdə məşqlərə də gedirdim, ona görə məktəbə heç həvəsim yox idi. Sevdiyim fənn "Bədən tərbiyəsi" idi, başqa nə ola bilər ki?
 
İbtidai sinifdə sinif rəhbərim Ramilə müəllimə, 5-ci sinifdən etibarən isə Firəngiz müəllimə olub. Bax, ilk parta yoldaşımı xatırlamıram. Bildiyimə görə, qız olub".
 
Sevimli fənni coğrafiya olan futbol üzrə yığma komandamızın məşqçisi Mahmud Qurbanov həm yaxşı oxuyub, həm də o vaxtkı arzusunu reallaşdırıb: "Məktəbə ilk addımlarım hazırlıq sinfindən olub. O vaxt Gəncə şəhərində 18 nömrəli şəhər məktəbində hazırlıq kursu vardı, ora gedib, 1 il hazırlıq oxumuşam. Sonra 1-ci sinfə keçmişəm. İlk gün məktəbə getmək istəmirdim, valideynlərim qolumdan tutub zorla aparmışdılar. Amma sonradan görəndə məktəb yaxşıdı, uşaqlarla otururuq, öyrəşdim. İlk dərs günüm yadıma gəlir, o vaxtla bu vaxtı müqayisə etmək olmaz. Çünki o vaxt Sovet İttifaqı dövründə yaşayırdıq. İndi mənim balalarım müstəqil dövlətin məktəbində oxuyurlar. Amma düşünürəm ki, zamanın fərqi yoxdu, uşaqlardakı hiss eynidi. Elə bu gün də uşaqlarımı məktəbə aparmışdım, biri 9-cu, digəri isə 7-ci sinifdə oxuyur, 1-ci sinifdə oxumasalar da, mənim üçün xoş təəssürat oldu. Doğma məktəbin qarşısında 1-ci siniflər üçün gözəl bir tədbir keçirirdilər, çox xoşuma gəldi. Bir az da uşaqlıq dövrümə qayıtdım, nostalji hisslər keçirdim.
 
Məktəbdə pis oxumamışam, əlaçı olmuşam desəm, yalan olar. Qiymətlərimin əksəriyyəti "5" olub. Mənim üçün həmişə coğrafiya fənni maraqlı olub. Xəritəyə baxıb, ölkələri görəndə arzulayırdım ki, nə vaxtsa o ölkələrdə mən olum və o ölkələri kitab vasitəsilə deyil, öz gözlərimlə görüm və tanıyım. Şükürlər olsun ki, qismət oldu.
 
İlk parta yoldaşımın adı yadımda deyil, amma sinif rəhbərim Elmira müəllimə olub".
 
SEVİNC XANQIZI
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm