Dünya futbolu
Əvvəl biz, sonra qonaqlar
Avroliqanın qrup mərhələsində baş tutacaq “Qarabağ&…
Avroliqanın qrup mərhələsində baş tutacaq “Qarabağ” – “Sent-Etyen” oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu gün 18:15-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq. Komandamızın oyunöncəsi məşqi isə saat 18:45-də başlayacaq.
“Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye isə saat 19:30-da mətbuat konfransına çıxacaq. Fransızların məşqi saat 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
(Klub saytı)