Dünya futbolu
“Heç kəs "Olimpiakos"un qrupda qalacağını iddia edə bilməz”
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone …
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsində "Olimpiakos"a məğlub olduqları oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis rəqibin layiqli qələbə qazandığını deyib:
"Matçın çətin keçəcəyini bilirdik. Birinci hissədə qol vurmaq şanslarımız var idi, ancaq rəqib daha yaxşı hücum etdi. "Olimpiakos" layiqli qələbə qazandı. Heç kəs "Olimpiakos"un qrupda qalacağını iddia edə bilməz. Onlar güclü ilə mübarizə aparacaq".