Dünya futbolu
Venger: “Rəqib qələbəyə layiq oynadı”
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger &Cced…
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində "Borussiya"ya (Dortmund) məğlubiyyəti (2:0) şərh edib. Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis rəqibin qələbəyə layiq oyun göstərdiyini bildirib:
"Uelbek təhlükəli futbolçudu, ancaq ikinci hissədə o yoruldu. Qol vura bilmədi, amma yaxşı oyun sərgilədi. Uelbek təzyiqi üzərindən atması üçün ilk qolunu vurmalıdı. Komanda olaraq istədiyimiz oyunu göstərə bilmədik. Rəqib qələbəyə layiq oynadı. İkinci hissəyə pis başladıq. Bundan sonra toparlanmaq çətin idi. Qol vurmaq şanslarımız oldu. Lakin rəqib daha çox qol epizodu yaratdı".