Dünya futbolu
Prandelli: “Ən yaxşı oynadığımız məqamda qapımızda qol gördük”
Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsil&ccedi…
Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi olan “Qalatasaray”ın baş məşqçisi Çezare Prandelli qrup mərhələsində “Anderlext”lə oyundan (1:1) sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis çətin qarşılaşma keçirdiklərini deyib:
“Sona qədər nəticə qazanacağımıza inanırdıq. Gənc bir komandaya qarşı oynadıq. Ən yaxşı oynadığımız məqamda qapımızda qol gördük. Ancaq son dəqiqələrdə hesabı bərbərləşdirə bildik. Paltardəyişmə otağında futbolçularımı təbrik etdim. Mənə ən çox təsir edən futbolçularımın azarkeşlər tərəfindən fitə basılması oldu. Axı Səlcuk, Burak və Veysəl çox çalışdı, çox qaçdı. Təbii ki, güclü komandalardan ibarət bir qrupda mübarizə aparırıq. Biz taktiki səhvlərimizi düzəldib, mübarizə aparsaq, şansımız var”.