Dünya futbolu
Branimir Subaşiçin Türkiyə kubokundakı rəqibi müəyyənləşdi
Futbol üzrə Türkiyə kubokunda 2-ci mərhələnin püş…
Futbol üzrə Türkiyə kubokunda 2-ci mərhələnin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"un da bu turdakı rəqibi müəyyənləşib.
Belə ki, PTT 1-ci Liqa təmsilçisi 3-cü liqa klubu "Çorum Bələdiyəspor"la qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələdə 1-ci turun qalibi olan 35, 2-ci liqadan 37, 1-ci liqadan 18 və Superliqadan 8 komanda mübarizə aparacaq.