Dünya futbolu
Ronaldo Messini keçdi, “Real” 1000-ə çatdı
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldo ya?…
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldo yaşıl meydanlardakı ən böyük rəqibi Lionel Messini daha bir sahədə geridə qoyub. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu dünən Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda (5:1) fərqlənib və bu turnirdə vurduğu qolların sayını 68-ə yüksəldib.
Komandasının 3-cü qoluna imza atan Ronaldo aktivində 67 qol olan Messini keçib. Hazırda o, ÇL tarixində ən çox qol vuran ikinci futbolçudu.
Qeyd edək ki, siyahının ilk pilləsində 71 qolla "Real"ın sabiq futbolçusu Raul Qonzales dayanır.
Yeri gəlmişkən, sözügedən oyunda "Real" həm də Çempionlar Liqasında 1000-ci qolunu vurub.
Madrid təmsilçisinin yubiley qolunun müəllifi Kərim Benzema olub. Fransız hücumçu 80-ci dəqiqədə fərqlənərək adını tarixə yazdırıb.