Dünya futbolu
Ferdinand Moyesi günahlandırdı
"Mançester Yunayted"in sabiq futbolçusu Rio Fe…
"Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand komandanın ötən mövsümkü uğursuz çıxışı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, buna səbəb kimi sabiq çalışdırıcı Devid Moyesi göstərib:
“Matçlardan öncə kartof qızartması yeyilməsini də qadağan etmişdi. Hətta bu da klubda gərgliniyə səbəb olurdu. Moyes "Yunayted"in nə qədər böyük bir klub olduğunu anlaya bilmirdi. Tək düşündüyü şey müdafiəydi. Tez-tez rəqibin necə təhlükəli olduğunu başa salırdı. Məşqlərin böyük bir hissəsini rəqibi necə dayandıracağımıza həsr edirdik. Ancaq bura "Everton" deyil. "Mançester Yunayted" hər matça qələbə üçün çıxır. Moyes bunu heç vaxt başa düşmədi".