Müsahibə
Qurbanov: "İnanıram ki, oyundan sonra hamınız evə razı gedəcəksiz"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa …
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Bu oyuna ajiotajın böyük olduğunu bilirik. Rəqibi yaxşı analiz etmişik. İntizamlı komandaya qarşı oynayacağıq. Biz də pis hazırlaşmırıq. Sizi sevindirməyə çalışacağıq. Qrup mərhələsi tamam başqa bir təcrübədi. Rəqibə düzgün yanaşmağa çalışacağıq. İnanıram ki, hamınız bu qarşılaşmadan sonra evinizə razı gedəcəksiz.
– Pley-off mərhələsində "Sent-Etyen" "Karabükspor"la qarşılaşmışdı. Türk klubunun nümayəndələrindən rəqib haqda nəsə öyrənmisiz?
– Onlardan heç nə öyrənməyə çalışmamışıq. Texnika elədi ki, hər rəqibin oyununa baxa bilirik. Biz buna yanaşsaq, yanıla da bilərik. Çalışmışıq ki, son oyunlarını analiz edək. Rəqibdən bacardığımız məlumatı almışdıq. Bizim nümayəndəmiz də onların matçalarını izləyib.
– Rəqib standart vəziyyətlərdən yaxşı istifadə edir. Buna hazırlaşmısız?
– Düzdü, təhlükəli vəziyyətlərdən yaxşı istifadə edir. Biz hər oyunda bunun qarşısını almağa çalışırıq. Bəzən alınır, bəzən də alınmır. Qapıçımız diqqətli olmalıdı. Bunun üzərində də çalışırlar. Çalışacağıq ki, küncdən zərbə az olsun.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə