Dünya futbolu
Luis Enrike “Real”ın bütün oyunlarda uduzmasını istəyir
"Barselona"nın baş məşqçisi Luis Enrike yeni m&ou…
"Barselona"nın baş məşqçisi Luis Enrike yeni mövsümdəki gözləntiləri haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, əzəli rəqibləri "Real" da yaddan çıxarmayıb:
"İnanıram ki, komandam üçün uğurlu mövsüm olacaq. Digərlərinin nələr etdiyi məni maraqlandırmır. Ancaq yenə də ümid edirəm ki, "Real" bütün oyunlarda uduzacaq. Biz isə öz yolumuzla davam edəcəyik".
Xatırladaq ki, La Liqada geridə qalan 3 turdan sonra "Barselona" 9 xal toplayıb. "Real" isə rəqibindən 6 xal geri qalır.
Xatırladaq ki, Luis Enrike futbolçu kimi hər iki komandanın formasını geyinib.