Ölkə futbolu
Qaltye "Qarabağ"a "bravo" dedi
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kris…
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Komandamdan çox razıyam. Mənə elə gəlir ki, oyun epizodlarında elə də ciddi səhvlərə yol vermədik. Hücumlarımızın gözəl alınmadığına görə narahat deyiləm. Bu gün müdafiə futboluna üstünlük verdik. Rəqibə böyük hörmətimiz var. Buradan bir xal ilə ayrıldığımız üçün çox şadam. Bu oyundan sonra "Qarabağ"a qarşı fikrim müsbət mənada dəyişdi. Qurban Qurbanov çox yaxşı taktikalardan istifadə etdi. Mənə elə gəlir ki, "Qarabağ" qrupun fovoritlərdən biridi. Düşünürəm ki, "Qarabağ" səfərdə də hücum futbolu oynayacaq. Sizin komandaya "bravo" deyirəm".