Müsahibə
“Messi haqda ekssentrik komediya janrında film çəkərəm” – FUTPOlitika
Ramin Dekonun təqdimatında olan “FUTPOLitika” layihəsin…
Ramin Dekonun təqdimatında olan “FUTPOLitika” layihəsinin növbəti qonağı ssenarist və kinodramaturq, Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevdir. Futbolinfo.az müsahibədən kiçik bir hissəni təqdim edir.
Müsahibənin tam mətnini sentyabrın 22-də www.futbolinfo.az-dan oxuya bilərsiz.
– Messi haqda sizə film çəkmək təklifi olunsa baş rolda kimi seçərdiz?
– Öncə janrı müəyyənləşdirərəm. Messi haqda ekssentrik komediya janrında film çəkərəm. Baş rolda da Siyavuş Novruzov olar.
– Rəqibin künc zərbələri çox təhlükəlidir?
– Təəssüf ki, bir çox hallarda rəqib qaydasız oyun nümayiş etdirir. Hakim də bunu görür və özünü görməməzliyə vurur. Yan hakimlər də həmçinin. Şəxsən mən öz oynumu oynayıram. Mütləq həmin yolun sonunda işıq var. İşığın içində isə qələbə yazılıb.
– Əgər hakimlər hər dəfə sizi uduzdurursa, qələbə naminə bir dəfə də hakimi siz satın alın…
– Süd bankasına düşən iki siçan çox çabalayırlar. Sonda biri deyir ki, onsuzda boğulacağıq, niyə mübarizə aparırıq. O, südün dibinə düşüb boğulur. O biri isə dayanmır. Bir də görür ki, ayağının altı bərkiyir. Süd artıq qatığa çevrilib və oradan xilas olur. Mən o cür fəaliyyətin tərəfdarıyam. Süd yiyəsindən yalvarıb məni oradan çıxartmasını istəmirəm.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”