Dünya futbolu
Mottanın burnunu qırana şok cəza
Fransa Futbol Federasiyası PSJ – “Bastiya” (Liqa-1,…
Fransa Futbol Federasiyası PSJ – “Bastiya” (Liqa-1, 2-ci tur) matçında yaşanan qalmaqalla bağlı qərarını açıqlayıb. Qeyd edək ki, oyundan sonra qonaqların üzvü Brandao məğlubiyyəti həzm edə bilməmiş və PSJ-nin oyunçusu Tiaqo Motta ilə dalaşmışdı. Brandao mübahisə zamanı Mottanın burnunu qırmışdı.
Futbolinfo.az xəbər verir ki, Federasiya “Bastiya”nın üzvünü 6 ay müddətinə diskvalifikasiya edib. Başqa sözlə, braziliyalı futbolçu 2015-ci ilin 22 fevralına kimi forma geyə bilməyəcək.
Bundan əlavə 34 yaşlı futbolçunu 3 illik həbs cəzası da gözləyir. O, oktyabrın 3-də məhkəməyə çıxarılacaq.