Dünya futbolu
Peres istefa haqda düşünmür
Madrid "Real"ının prezidenti Florentino Peres azarkeşlər…
Madrid "Real"ının prezidenti Florentino Peres azarkeşlərin istefa tələblərinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, “Real”dan getmək fikrində olmadığını bildirib:
"Real"dakı işimi davam etdirmək arzumdan çox məndən istefamla bağlı soruşurlar. Burada lazım olduğum qədər qalacağam. Getməyimi istəyənlər əksinə mənə daha da çox motivasiya verirlər".
Xatırladaq ki, "Atletiko"ya (1:2) məğlubiyyətdən sonra Madrid klubunun fanatları Peresin istefasını tələb edirdilər.