Dünya futbolu
Robben Van Qala inanır
“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben…
“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben milli komandadakı sabiq baş məşqçisi Lui van Qal haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, o, hazırda "Mançester Yunayted"in baş məşqçisi işləyən mütəxəssisin İngiltərədə uğur qazanacağına inamını ifadə edib:
"Son zamanlar Van Qalla əlaqə saxlamamışam. Amma MY öz meydanında KPR-i məğlub edəndə ona görə sevindim. Ümid edirəm ki, Van Qal uğur qazanacaq. Bunun üçün isə vaxt tələb olunur. Nəticə olmayanda təzyiq artmağa başlayır. Lakin klub rəhbərliyi anlayır ki, Van Qal çox səviyyəli məşqçidi. O, az məşqçilərdən biridi ki, komandanın oyununu həqiqətən yaxşılaşdıra bilir. Növbəti mövsüm Lui MY-ni Çempionlar Liqasına çıxaracaq. Bu böyük klubun yeri həmin turnirdədi".