Ölkə futbolu
Azərbaycanlı trio ardıcıl 3-cü heç-heçə ilə barışmalı oldu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oy…
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçuları – Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" də növbəti matçına çıxıb.
Bu komanda doğma meydanda "Adanaspor"la qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb.
Budak 90 dəqiqə meydanda olub. Cavadov 62-ci dəqiqədə əvəzlənib. Hacıyev isə meydana 74-cü dəqiqədə çıxıb.
"Qaziantep BB" 3 turdan sonra 3 xalla 10-cu yerdə gedir.