Dünya futbolu
Mourinyo: “Mütləq “Real”ı seçərdim”
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo n&oum…
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, o, keçmişə qayıtmaq imkanı olsaydı, yenidən "Real"da çalışmaq istədiyini bildirib: "Keçmişə qayıtsam, yenidən "Real"ı seçərdimmi? Bəli, mütləq. Bu, mənim üçün həm məşqçi, həm də bir insan olaraq əsl təcrübə oldu. İki dəfə düşünməzdim. Yenidən ora qayıdardım.
"Real"dan ayrılanda prezident, icraçı direktor və bütün klubla münasibətlərim yaxşıydı. Belə bir zəmində karyeramın ən yaxşı qərarını verdim. "Çelsi"də xoşbəxtəm. Keçmiş haqqında danışmağı xoşlayan insan deyiləm.
İndi ilk dəfədi ki, karyeramın növbəti mərhələsi haqqında düşünmürəm. Əvvəl həmişə gələcəkdə nə olacağı barədə fikirləşərdim. Burda işləmək xoşuma gəlir. Ailəm burda xoşbəxtdi. Klubun layihəsi olduğu üçün "Çelsi"yə qayıtdım".