Dünya futbolu
Neymar yenə zədələndi
İspaniya La Liqasının 4-cü turunda ötən gecə səfərdə…
İspaniya La Liqasının 4-cü turunda ötən gecə səfərdə "Levante"ni 5:0 hesabı ilə məğlub edən "Barselona" ciddi problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Neymar sıradan çıxıb.
Braziliyalı forvard sözügedən qarşılaşmada topuğundan zədə alıb və görüşün 51-ci dəqiqəsində Ramireslə əvəzlənib.
Baş məşqçi Luis Enrike Neymarın zədəsi ilə bağlı bunları deyib: "Neymarın topuğunda kiçik burxulma var. Ancaq hələ müayinə olmayıb. Onu əvəzlədim və ümid edirəm ki, zədəsi cidi deyil".