Dünya futbolu
Şevçenko: “İtaliyada yüksək səviyyəli oyunçular ala bilmirlər”
"Milan"ın sabiq forvardı Andrey Şevçenko italyan f…
"Milan"ın sabiq forvardı Andrey Şevçenko italyan futbolunun hazırkı vəziyyətindən danışıb. Futbolinfo.az xəbər verir ki, ukraynalı sözügedən ölkədə keçid dövrünün yaşandığını deyib:
“Əlbəttə ki, vəziyyət çətindi. Maliyyələşdirmə yoxdu. Bu səbəbdən də böyük klublar yüksək səviyyəli oyunçular ala bilmirlər. Bunu tənəzzül adlandırmaq olar. Klublar artıq çətinliklə Çempionlar Liqasının final mərhələsində iştirak edirlər. İtalyan futbolu mübarizə və taktika cəhətdən irəliləyir".