Ölkə futbolu
Türkiyəli ulduz futbolçu Bakıya gəlir
Vaxtilə Türkiyənin “Trabzonspor” klubunda ç?…
Vaxtilə Türkiyənin “Trabzonspor” klubunda çıxış etmiş Mehmet Yılmaz Bakıya gəlir. Futbolinfo.az xəbər verir ki, futbolçuda bundan sonra karyerasını məşqçi kimi davam etdirmək həvəsi yaranıb.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Mehmet Yılmaz da Azərbaycana məşqçi kurslarına qatılmaq üçün gəlir. O, PRO kateqoriyasına yiyələnmək niyyətindədi. Ancaq qaydalara əsasən PRO almaq istəyən şəxs, Azərbaycanda məşqçi kimi çalışmalıdı. Bunun üçün də futbolçunun hansısa bir klubda məşqçi kimi işə düzəlməsi gözlənilir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Mehmet Yılmaz ölkəsinin “Trabzonspor”, “Denizlispor”, “Ankaraspor”, “Ankaragücü”, “Əskişəhərspor”, “Qaziantepspor”, “Antalyaspor” kimi klublarında çıxış edib. Hücumçu Türkiyə çempionatında meydana çıxdığı 402 oyunda 111 dəfə də fərqlənməyə imkan tapıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”