Dünya futbolu
Balotellinin işi yenə polisə düşdü
İtaliya millisinin qalmaqallı futbolçusu Mario Balotelli yeni…
İtaliya millisinin qalmaqallı futbolçusu Mario Balotelli yeni klubu “Liverpul”da da rahat durmur. Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumçunun işi yenə polisə düşüb.
Belə ki, “Mançester Yunayted”lə oyundan sonra “Tvitter”dəki şəxsi hesabından rəqi komanda tərəfdarlarını qıcıqlandırıcı sözlər paylaşıb. Buna əsəbiləşən “Mançester Yunayted”li azarkeşlər isə Balotellini ağır tənqid ediblər. Fanatların bir çoxu ona qarşı irqçilik xarakterli cümlələr işlədib. Bu hadisədən sonra isə polis həmin şərhləri araşdırmağa başlayıb və günahkarların cəzalandırılacağını deyir.