Premyer-liqa
Azərbaycan derbisi də Bakıxanovda!
Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi” do?…
Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi” doğma azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, artıq qarşılaşmanın keçiriləcəyi arena da məlum olub.
“Ağ-qaralar”ın mətbuat xidmətindən rəhbəri Gündüz Abbaszadədən aldığımız məlumata görə qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Buna isə flaqmanın ev oyunlarının keçirildiyi “Bakcell Arena”nın ot örtüyünün bərbad durumda olması səbəb olub. Millinin oyununa görə ot örtüyünün ideal vəziyyətdə olmaması Bakı klubunu belə bir addım atmağa məcbur edib. Hazırda Bakıxanov qəsəbə stadionun ot örtüyünün ideal vəziyyətdə olması qarşılaşmanın həmin arenada keçirilməsinə imkan yaradır. Qeyd edək ki, qarşılaşma saat 16:00-da başlayacaq. Çox güman ki, əzəli rəqiblərin qarşılaşması televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Maraq üçün bildirək ki, “Neftçi” yeni mövsümdə iki ev oyununu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirib. Bakılılar öncə “Simurq”u 2:1, ardınca isə “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov