I Liqa
“Göyəzən” fil qulağında yatıb
Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keç…
Futbol üzrə Azərbaycan 1-ci divizionunun son turunda keçirilən “Mil-Muğan” – “Turan-T” klublarının oyununda ev sahibinin saxtakalıq edərək, 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli adıyla oynatması AFFA İntizam Komitəsinin iclasında da müzakirə olundu. Futbolinfo.az xəbər verir ki, İk həmin oyunun nəticəsini ləğv edərək, ev sahibinə texniki məğlubiyyət verib.
İş burasındadı ki, Orxan Məhərrəmli və Fərid İbrahimli “Göyəzən” və “Rəvan”la da oyunda meydanda olub. Amma İK İmişli təmsilçinin rəqibləri məlum məsələni sübut edə bilmədiyindən, həmin qarşılaşmanın nəticələri olduğu kimi qalıb. Məsələyə çətin də olsa, “Göyəzən” tərəfinin də reaksiyasını öyrəndik. Əlaqə saxladığımız Qazax təmsilçisinin prezidenti Mehdi Salmanov məsələdən agah olduqlarını bildirdi. Amma o nədənsə bu məsələ ilə bağlı çox da uzun danışmadı. Onlar klub daxili iclasdan sonra bir şey fikirləşcəklərini dilə gətirdi. Dəqiq də olmasa, İK-ə müraciət edəcəklərini gizlətmədi. Əməkdaşımızla söhbətində İK-in qərarında razı kimi görünən Mehdi bəyin heç İK-ə etiraz ünvalnayacağı da görünmür.