Dünya futbolu
Van Qal daha 50 milyon istəyir
"Mançester Yunayted"in baş məşqçisi Lui Van…
"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal bu həftə klubun icraçı direktoru Ed Vudvordla görüşəcək. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis rəhbərlikdən qış transferləri üçün 50 milyon funt sterlinq ayrılmasını tələb edəcək.
Van Qal "Roma"nın hollandiyalı futbolçusu Kevin Strotmanı transfer etməklə müdafiə xəttini gücləndirməyə ümid edir. Vudvord Van Qalla "Mançester Yunayted"in ardıcıl 2-ci il Çempionlar Liqasına düşə bilməyəcəyi ehtimalını müzakirə edəcək.
Məlumatda bildirilir ki, Vudvord artıq klub sahibləri ilə görüşüb və yanvarda çox pul xərclənməyəcəyi tapşırığını alıb. Buna səbəb illik büdcədə problem yaranmasıdı.
"Qırmızı şeytanlar" hazırda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.