Dünya futbolu
Peres: “Borcumuz 72 milyondu”
Madrid "Real"ının prezidenti Florentino Peres klubun borcl…
Madrid "Real"ının prezidenti Florentino Peres klubun borcları ilə bağlı son günlər yayılan iddialara cavab verib. Futbolinfo.az xəbər verir ki, o, klubun mətbuatda göstərildiyi kimi 602 milyon deyil, 72 milyon borcu olduğunu bildirib:
“Biz onu azaltmaq istəyirik. Bəzi insanlar bizi zəiflətmək üçün belə informasiyalar yayırlar. Bütün dünyada bizimlə fəxr edirlər. Harvard universitetində tələbələr "Real"ı öyrənirlər. İnsanlar sərmayə qoymadan bu qədər mənfəətin alınmasından heyrətdədilər və bunu aşılamağa çalışırlar".