Dünya futbolu
Van Qal Moyesdən də geri qaldı
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında …
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında tarixinin ən pis startlarından birini yaşayır. Futbolinfo.az xəbər verir ki, hətta bu mövsüm sərt tənqid olunan ötən mövsümdəki Devid Moyes dövründən də pis göstərici ilə yadda qalıb.
Lui van Qalın çalışdırdığı MY cari mövsüm ölkə çempionatında oynadığı 5 matçdan cəmi 5 xal toplayıb. Halbuki ötən mövsüm David Moyesin baş məşqçilik etdiyi komanda 5 turdan sonra 7 xalla turnir 8-ci pillədə qərarlaşmışdı.
Bu yay transferlərə 193 milyon avro xərcləyən mankunyanlar hazırda 12-ci pillədədi.