Dünya futbolu
Dieqo Kosta: “Bundan sonra sözlərimə diqqət edəcəm”
"Çelsi”nin hücumçusu Dieqo Kosta sabiq k…
"Çelsi”nin hücumçusu Dieqo Kosta sabiq klubu “Atletiko” haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, açıqlamasında Madrid klubu haqqında mənfi fakir səsləndirmədiyini deyib:
"Atletiko"nun əleyhinə ağzımdan hər hansı bir ifadənin çıxması mümkünsüzdü. Mənim bu səviyyəyə gəlməyimə səbəb olan komanda haqda necə çirkin fikirlər söyləyə bilərəm? Bundan sonra sözlərimə diqqət edəcəm və beləcə fikirlərim təhrif olunmayacaq”.
Qeyd edək ki, Kostanın daha öncəki açıqlamasında ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Atletiko"nun heyətində "Çelsi"yə qol vurduğu üçün peşman olduğunu söylədiyi iddia edilirdi.