Ölkə futbolu
"Qaziantep BB" Cavadov və Hacıyevin qolları sayəsində qalib gəldi
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunla…
Futbol üzrə Türkiyə Kubokunda birinci mərhələnin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri – Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qaziantep BB" də ilk sınağına çıxıb.
Futbolçularımızın komandası "Anadolu Selcukspor"un qonağı olub. "Qaziantep BB" bu görüşdə 2:1 hesabıyla qalib gəlib. Oyunda hesabı meydan sahibləri açsa da, 53-cü dəqiqədə Vaqif Cavadov hesabı bərabərləşdirib. 71-ci dəqiqədə isə Rəhman Hacıyev komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, Rəhman bu oyuna start heyətdə çıxıb, 87-ci dəqiqədə əvəzlənib. Vaqif isə 24-cü dəqiqədə oyuna qoşulub. Ufuk ümumiyyətlə bu oyunun iştirak ərizəsində yer almayıb.