Ölkə futbolu
"Bakıda 1 xal qazanmaq pis nəticə deyil"
Fransa "Sent-Etyen"inin futbolçusu Fransua Kler Avrop…
Fransa "Sent-Etyen"inin futbolçusu Fransua Kler Avropa Liqasınn qrup mərhələsindəki "Qarabağ" matçı (0:0) ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yerli televiziyalardan birinə qonaq olan 31 yaşlı müdafiəçi Ağdam klubu ilə oyun və ölkə çempionatı ilə bağlı danışıb:
"Hesab edirəm ki, Fransa çempionatında mövsümə yaxşı başlamışıq. Son turda "Lans" üzərində qələbə qazandıq. Qarşıda kubok matçları da olduğuna görə, üç cəbhədə vuruşmalı olacağıq. Avroliqadakı növbəti matçımız "Dnepr"lədi. Hazırda əsasən iki cəbhəyə, ölkə çempionatı və Avropa Liqasına köklənmişik. Düşünürəm ki, bu çətin oyunlarda vuruşmaq üçün gücümüz var. Həm əylənmək, həm də komanda üçün faydalı olmaq istəyirik. Qrupdakı ilk matçda "Qarabağ"la qolsuz bərabərə qaldıq. Hesab edirəm ki, səfərdə 1 xal qazanmaq pis nəticə deyil. Amma çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq".