Premyer-liqa
“Simurq”un kapitanı sağaldı
Ötən tur “Qarabağ”a minimal hesabla uduzan “S…
Ötən tur “Qarabağ”a minimal hesabla uduzan “Simurq” “Sumqayıt”la matçın hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisi “kimyaçılar”ı doğma azarkeşləri önündə qəbul edəcək.
Bu matç öncəsində “sarı-qaralar”ın baş məşqçisi George Çixradze sevindirici xəbər alıb. Belə ki, yüksək hərarəti səbəbi ilə Ağdam klubu ilə matçda iştirak etməyən kapitan İlkin Qırtımov “Sumqayıt”la oyunda meydana çıxa biləcək. Bundan başqa bir müddət zədəli olan Murad Səttarlı da məşqlərə başlayıb. Gənc yarımmüdafiəçi fərdi qaydada məşq edir. Komandanın qol silahı olan Draqan Çeranın AFFA İntizam Komitəsi tərəfindən aldığı 4 oyunluq cəzası “Sumqayıt”la matça da şamil olunacaq. Çeran yalnız 8-ci turda meydana çıxa biləcək.
Qeyd edək ki, “Simurq” – “Sumqayıt” matçı sentyabrın 28-də, saat 18:00-da baş tutacaq.