Premyer-liqa
"Qarabağ" derbi üçün başladı
"Qarabağ" məşqlərə başlayıb. Futbolinfo.az xəbər ve…
"Qarabağ" məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 7-ci turunda "Neftçi"ylə qarşılaşacaq ağdamlılar bu oyunun hazırlığına start verib.
Baş məşqçi Qurban Qurbanov "Simurq"la baş tutan sonuncu oyundan sonra dünən komandaya istirahət vermişdi. Bu gün yığışan komanda Azərbaycan derbisi üçün hazırlaşacaq.
Bu günə komandanın bir məşqi nəzərdə tutulub. Futbolçular 18:30-da günün yeganə çalışmasına çıxacaq.
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu sentybarın 27-də, saat 16:00-da Bakıxanovda, İsmət Qayıbov adına stadionda baş tutacaq. (klub saytı)