Dünya futbolu
Suares əvəzedici komandada
Luis Suares "Barselona"nın əvəzedici komandasına gö…
Luis Suares "Barselona"nın əvəzedici komandasına göndərilib. Futbolinfo.az xəbər verir ki, uruqvaylı burada bir matçda iştirak edəcək.
Kataloniya klubunun baş məşqçisi Luis Enrike belə deyib. O bildirib ki,uzun müddətdir yaşıl meydanlardan uzaq qalan uruqvaylı hücumçu "Barsa"nın əvəzedici komandasının İndoneziyanın gənc komandası ilə keçirəcəyi yoldaşlıq matçında oynayacaq.
Xatırladaq ki, Suares DÇ-2014-də İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellinini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-də başa çatacaq.