Ölkə futbolu
"Qarabağ"ın güclü çıxışı Kristof Qaltye üçün sürpriz oldu"
Fransa "Sent-Etyen"inin sabiq baş məşqçisi Robert …
Fransa "Sent-Etyen"inin sabiq baş məşqçisi Robert Herbin klubun hazırkı çalışdırıcısı Kristof Qaltyeni tənqid edib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" qarşısındakı oyunu (0:0) tənqid edən mütəxəssis Qaltyeni rəqibə qədərincə önəm verməməkdə ittiham edib.
O, çalışdırıcının "Qarabağ"ın güclü oyunu qarşısında təəccübləndiyini deyib: "Gördüm ki, Kristof Qaltye "Qarabağ"la oyunda sonra tənqidləri vecinə almadı. Məncə, rəqibin güclü çıxışı onun üçün srüpriz oldu. Ona görə də əvvəldən komandanı oyuna lazımi səviyyədə kökləməmişdi. Bəzən futbolçular oyuna lazımi qaydada tələbkarlıqla yanaşmır. Onun oyun planında çatışmazlıqları vardı və bu, komandaya mane oldu. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı nəticə qazanarlar".
Qeyd edək ki, Herbin 1987-1990-cı illərdə "Sent-Etyen"də baş məşqçi işləyib