Ölkə futbolu
"Qarabağ"ın rəqibindən növbəti müqavilə (FOTO)
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rə…
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransa "Sent-Etyen"i kapitanı Loik Perrenlə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, "yaşıllar" 29 yaşlı futbolçunun 2016-cı ildə başa çatacaq müqaviləsini daha iki il uzadıb. Bununla da, o, 2018-ci ilə qədər komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, "Sent-Etyen" klubunun yetirməsi olan fransalı yarımmüdafiəçi 2003-cü ildən əsas komandada çıxış edir. Onu da əlavə edə ki, klub ötən gün qapıçısı Stefan Ruffye ilə də müqavilə yeniləyib.