Bizi izləyin

Müsahibə

Versleyen: "Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdu"

AFFA tərəfindən “Neftçi”nin yeniyetmə və uşaq…

blank
AFFA tərəfindən “Neftçi”nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen klubun rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
 
– İlk olaraq Azərbaycana gəlişinizlə bağlı danışardız…
– Hollandiyada olarkən AFFA tərəfindən Azərbaycana dəvət olundum. Hələ bura gəlməmişdən Azərbaycan futbolu haqqında məlumat toplayırdım. O zaman Azərbaycanın hansı klubunda çalışacağımı bilmirdim amma öyrənmişdim ki, ölkənin ən köklü klubu “Neftçi”dir. Daha sonra AFFA mənimlə müqavilə bağladı və elə “Neftçi” klubuna texniki direktor olaraq təyinat aldım. Burada əsas vəzifəmiz yeniyetmə və uşaq futbolunun inkişafına çalışmaqdı.
 
– Bundan sonra “Neftçi”də fəaliyyətə başladız…
– Hə, “Neftçi”yə gəldiyim gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm və planlarım barədə danışdım. O da öz növbəsində mənə dəstək verəcəyini bildirdi. Daha sonra işə başladım. Hər gün klub rəhbərliyi və uşaq futboluna cavabdeh şəxslərlə görüşüb müzakirələr aparırıq. Meydana çıxan problemlər də dərhal həll olunur. Mən buna qədər Hollandiyadan başqa Yaponiya, Çin, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanında çalışmışdım bu səbəbdən də fərqli ölkələrdə işləmək mənə çətinlik yaratmır.
 
– “Neftçi”nin yeniyetmə və uşaq futbolçularını ilk gördüyünüzdə sizdə hansı təəsüratlar yarandı?
– Mən “Neftçi”yə aprel ayında gəldim və iki ay demək olar ki müşahidə etdim. Futbolda işə haradan, hansı səviyyədən başlamağı müəyyənləşdirməlisən. Yalnız belə olan halda istəyinə nail ola bilərsən. Mən burada futbol oynamağa həvəsli və istedadlı uşaqları gördüm. Azərbaycanda uşaqların yetişdirilməsi üçün futbol meydançalarının sayını artırmaq lazımdı. Digər tərəfdən də komandalar bir mövsüm ərzində say etibarı ilə az oyun keçirirlər. Çünki Azərbaycan çempionatlarında yay və qış fasilələri çoxdu. Avropa ölkələrində isə məşq saatları çoxdur. Ümumiyyətlə hər sahədə nailiyyət qazanmaq üçün daha çox məşq etmək lazımdır. Bizim hesablamalarımıza görə burada uşaqlar 6 yaşından 16 yaşına kimi 4 min saat məşq edirlər ki, bu da çox azdır.
 
– Yəqin ki, komandalarda müəyyən istedadları gözaltı eləmisiz…
– 9, 10 və 11 yaşlı futbolçular arasında belələri var. Onlar sözün əsl mənasında istedadlıdırlar. Amma istedadlı olmaq kifayət deyil. Biz çalışmalıyıq ki, onlar bu qabiliyyətlərini inkişaf etdirsinlər. Əldə xammal ola bilər amma onu yaxşı cilalamaq lazımdır. Əsas da onlara düzgün məşq keçilməlidir. Biz də məhz bu istiqamətdə çalışırıq. Məşqçilər futbolçuları inkişaf etdirməklə yanaşı, özləri də inkişaf etməlidirlər. Hər yaş qrupunun öz hazırlığı var və biz proqram əsasında bunu ən yaxşı şəkildə icra etməyə çalışırıq.
 
– Futbolçuların inkişafı üçün konkret nə işlər görülür?
– Çalışırıq ki, futolçularla məşqçilər daha sıx təmasda olsunlar. Çünki,futbolçu məşqçinin dediyini dərhal anlamalıdır və məşqi kortəbii halda yox, anlayaraq icra etməlidir. Əgər futbolçu nəyi nə üçün etdiyini bilmirsə, o inkişaf edə bilməz. Bir sözlə futbolçu oynamaqla yanaşı, düşünməyi də bacarmalıdır.
 
– Uşaq futbolçularımızın üstün tərəfləri hansıdı?
– Azərbaycan futbolçuları topla oynamağı sevirlər və texnikalı futbola üstünlük verirlər. Fikrimcə burada futbolçular daha çox fərdi ustalıq hesabına fərqlənməyə kökləniblər. Futbolda fərdi keyfiyyətlər çox önəmlidir amma komanda oyunu da ön planda olmalıdır, çünki qələbəni komanda qazanır.
 
– Hazırda siz “Neftçi”də çalışırsınız. Ola bilərmi, gələcəkdə “Neftçi”nin bəzi futbolçuları sizinlə birgə Hollandiyada hazırlıq keçsin?
– Çox gözəl fikirdir. Əgər AFFA dəstək verərsə gələcəkdə belə bir layihə həyata keçirmək olar. Buna qədər isə müəyyən səviyyədə inkişafa nail olmalıyıq. Daha sonra dediyiniz fikrin reallaşmasına mən də öz köməyimi göstərə bilərəm. Məsələn, Cənubi Afrika Respublikasında işlədiyim müddətdə belə bir təcrübə olmuşdu. Oradan bir-neçə futbolçunu Hollandiyaya məşqlərə göndərmişdik.
 
– Holland həmkarlarınız buradakı fəaliyyətinizlə maraqlanırlarmı?
– Təbii ki, hollandiyalı həmkarlarımla söhbətim zamanı Azərbaycan futbolu barədə də danışırıq. İnanıram ki, yaxın gələcəkdə həmyerlilərim Azərbaycan futbolçularını Hollandiya çempionatında əyani olaraq görə biləcəklər.
 
– Yan Versleyenin Azərbaycandakı hədəfləri nədir?
– Hazırda 10-14 yaşlı futbolçular öz qızıl dövrünü yaşayır. Onlara ümidimiz böyükdür. Onların potensialını tam açmağa çalışırıq. Bu futbolçuları əsas komandaya və milli komandalar üçün hazır vəziyyətə gətirməliyik. Doğrudur bizdə hər yaş qrupuna uyğun ayrı komandalar var amma biz çalışırıq ki, futbolçu əsas komandaya mümkün qədər gənc yaşda gəlsin.
 
– Yeniyetmə futbolçulara nə tövsiyyə edərdiz?
– Mən onların valideynlərinə tövsiyyə edərdim ki, futbola marağı olan uşaqlarını 6-7 yaşlarında olarkən futbola gətirsinlər. Daha sonra uşaqlarını məşqçinin öhdəsinə buraxsınlar. Onlara sərbəstlik versinlər. Qoy uşaqlar da futboldan zövq alsınlar. Belə olan halda inkişaf üçün düzgün təməl qoyulmuş olacaq.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-22 10:32

“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı

blank
Layihə2024-05-22 10:15

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Dünya futbolu2024-05-22 09:58

“Milan”dan ayrılacağını açıqladı

blank
Milli komanda2024-05-22 09:41

Rəqibimiz məşqçisini dəyişməyəcək

blank
Digər idman növləri2024-05-22 09:24

Amerikalı məşqçilər Göygöldə “Qız kimi güləş” deyir

blank
Milli komanda2024-05-22 09:07

Millimiz İsveçlə Respublika stadionunda oynayacaq

blank
Digər idman növləri2024-05-22 08:50

Sabah Azərbaycan kubokuna start veriləcək

blank
Milli komanda2024-05-22 08:32

Türkiyədə fransızlar, Bakıda danimarkalılar

blank
Milli komanda2024-05-22 08:15

Azərbaycandan Moldovaya

blank
Müsahibə2024-05-22 08:00

Sergey Zenyov: “Hər şey rəhbərliyin “Qəbələ”nin qayıdışını nə qədər istəməsindən asılı olacaq”

blank
Ölkə futbolu2024-05-22 00:30

II Liqanın mükafatçıları medallarına qovuşdular – VİDEO

blank
Digər idman növləri2024-05-21 23:59

AÇ-də medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Ölkə futbolu2024-05-21 18:16

Bakıda təşkil olunacaq DÇ-2025-in təqdimat mərasimi keçirildi

blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm